Avatar

Asya Rustamli Kimdir?

Geri

Asya Rüstəmli Biznes və İnstagram kouçudur.
Azərbaycanda ilk dəfə olaraq İnstagram üzərindən müştəri bazasını artırmağı və uğurlu biznes səhifəsi qurmağı xüsusi strategiyalarla öyrətmək üçün "İnstaBoss Təlimi"ni yaratmışdır.

O, həmçinin onlayn və qrup şəklində digər bizneslə əlaqəli mövzularda konsultasiyalar və təlimlər keçirir. ​

Asya Rüstəmli həmçinin, yeni bir yerli brendin yaradıcısıdır.
Əsas məqsədi Azərbaycanda yerli brendlərin təşviqi və yaradılışına dəstək verməkdir.

Bütün bunlardan əlavə o, həm də beynəlxalq TEFL sertifikatlı ingilis dili müəlliməsidir, ancaq bu sahədə fəaliyyət göstərmir.

Asya Rüstəmli bakalavr təhsilini ADA universitetində "Biznesin İdarə edilməsi" üzrə uğurla bitirdikdən sonra Xəzər Universitetində MBA dərəcəsi əldə etmişdir.

Təhsilini tamamilə ingilis dilində almışdır. Bir çox xarici və yerli şirkətlərdə çalışmış və tədrisin təşkili üzrə təlimlərdən keçmişdir.

Növbəti hədəf olaraq doktoranturaya daxil olmağı və elmi araşdırmasını yerli brendlərin təşviqi mövzusunda etməyi planlayır.

Page by Hublink.az